Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Dövlət Sosial

Müdafiə Fondunun 2005-ci il büdcəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

 

Maddə 1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsinin gəlirləri 2478500,0 milyon manat, xərcləri 2478500,0 milyon manat məbləğində təsdiq edilir.

 

Maddə 2. Müəyyən edilsin ki, 2005-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır.

 

(milyon manat)

Gəlirlərin mənbələri

Məbləğ

1. Məcburi dövlət sosial sığorta haqları

o cümlədən:

1561000,0

1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə

483000,0

1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

69000,0

1.3. dövlət büdcəsindən ayrılan dotasiya hesabına və büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar

 

27000,0

1.4. digər sığortaedənlər üzrə

982000,0

2. Sair gəlirlər

o cümlədən:

 

2500,0

2.1. sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar

 

2500,0

3. Dövlət büdcəsindən ayırmalar (transfert)

o cümlədən:

915000,0

3.1. sosial pensiyaçıların və onlara bərabər tutulanların pensiyalarının ödənilməsinə

 

85000,0

3.2. müavinətlərin ödənilməsinə

621000,0

3.3. kommunal, nəqliyyat və digər xidmətlər üzrə

güzəştlərin əvəzinə verilən müavinətlərin ödənilməsinə

 

209000,0

 

Maddə 3. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir.

 

 

 

(milyon manat)

Xərclərin istiqamətləri

Məbləğ

1. Əhaliyə ödənişlər, cəmi

o cümlədən:

2345500,0

1.1. əmək (sosial sığorta) pensiyalarının ödənilməsinə

1244500,0

1.2. sosial pensiyaçıların və onlara bərabər tutulanların pensiyalarının ödənilməsinə

 

85000,0

1.3. Müavinət və ödənişlər üzrə cəmi

o cümlədən:

1016000,0

1.3.1. məcburi dövlət sosial sığorta haqları hesabına müavinət və ödənişlərə

ondan:

 

186000,0

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

54000,0

Hamiləliyə və doğuşa görə

26400,0

uşağın anadan olmasına görə

17600,0

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar

6200,0

dəfn üçün

25200,0

işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddinin artırılması xərclərinin bir hissəsinə

 

 

54900,0

Ermənistan Respublikasının müəssisələrində əmək xəsarətinə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərə

 

1500,0

ləğv olunmuş təqsirkar kolxoz və sovxozlarda əmək zədəsi alanlara

 

200,0

1.3.2. Dövlət büdcəsinin vəsaiti hesabına pensiyalara əlavə olunan müavinətlərin ödənilməsinə

ondan:

 

621000,0

İşləməyən pensiyaçılara

160500,0

Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə, cəmi

o cümlədən:

 

 

5600,0

I qrup əlillərə

585,0

II qrup əlillərə

3815,0

III qrup əlillərə

1200,0

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına

 

 

12500,0

1941-1945-ci illər Böyük Vətən müharibəsi illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif

edilmiş vətəndaşlara

 

 

4400,0

70 yaşından yuxarı tənha ahıl vətəndaşlara

4360,0

hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərə, cəmi

o cümlədən:

660,0

I qrup əlillərə

130,0

II qrup əlillərə

445,0

III qrup əlillərə

85,0

İşləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddinin artırılması xərclərinin bir hissəsinə

 

 

426780,0

dövlət büdcəsi vəsaiti hesabına ödənilən pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xərclər

 

 

6200,0

1.3.3. Kommunal, nəqliyyat və digər xidmətlər

üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətlərin ödənilməsinə, cəmi

ondan:

 

209000,0

Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara

 

 

 

18200,0

Böyük Vətən müharibəsi iştirakçılarına

6800,0

həlak olmuş döyüşçülərin dul arvadlarına

1900,0

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarına, üç dərəcəli Şöhrət ordeninin

hər hansı bir dərəcəsi ilə təltif edilmiş şəxslərə

 

 

60,0

Böyük Vətən müharibəsindən sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına

 

11600,0

1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə müavinət, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə müavinət, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

8260,0

Azərbaycan Respublikasının ərazi

bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və müharibə veteranı statusu qazanmış vətəndaşlara

 

 

25000,0

təbii qazın əhaliyə satış qiymətlərinin artımı ilə əlaqədar imtiyazlı kontingentə kompensasiya

 

34000,0

şəhid ailəsi üzvlərinin hər birinə

9000,0

Çernobıl qəzası əlillərinə, sosial pensiyaçılara, I və II qrup əlillərə (müharibə əlilləri və onlara bərabər tutulanlar istisna olmaqla)

 

 

90290,0

həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticəsində aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara

 

 

670,0

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara

 

360,0

Çernobıl qəzasının nəticələrinin ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşlara müalicə üçün ildə bir dəfə verilən müavinət xərcləri

 

 

2500,0

1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə

360,0

2. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmi

o cümlədən:

 

 

 

24600,0

2.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına

 

19930,0

2.2. sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrinə istirahətinin təşkilinə

 

330,0

2.3.sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına

 

240,0

2.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əmək haqqının ödənilməsi)

 

 

3260,0

2.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına

 

 

840,0

3. Məcburi dövlət sosial sığorta haqları hesabına

ödənilən pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri,

pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin ödənişinin kart sisteminə keçidin tətbiqi ilə bağlı xərclər

 

 

 

 

23400,0

4. Məşğulluq tədbirlərinin həyata keçirilməsi, məşğulluq orqanlarının saxlanılması xərcləri, cəmi

o cümlədən:

 

16730,0

4.1 işsizlik müavinətinin ödənilməsinə

7030,0

4.2. peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkilinə

 

900,0

4.3. haqqı ödənilən ictimai işlərin təşkilinə

400,0

4.4. işsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsinə

 

 

700,0

4.5. məşğulluq orqanlarının saxlanılmasına

7700,0

5. Miqrasiya idarəsinin saxlanılmasına

270,0

6. Əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərcləri, cəmi

o cümlədən:

 

25900,0

6.1. əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına

2880,0

6.2. əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə

 

 

4630,0

6.3. əlillərə maddi və texniki yardımın təşkilinə

1310,0

6.4. əlillər üçün mənzil tikintisinə

14130,0

6.5. əlilləri sosial müdafiəsi orqanlarının saxlanılmasına

2950,0

7. 2003 - 2005-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi xərcləri

o cümlədən:

 

 

 

5745,0

7.1. Sığortaolunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclərə

 

5000,0

7.2. Proqnozlaşma modellərindən istifadə olunması mövcud sosial sığorta və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi, monitorinq və qiymətləndirmə sisteminin yaradılması ilə yeni sosial sığorta siyasətinin əsaslarının hazırlanmasına, informasiya izahat işlərinin aparılmasına

 

 

 

 

255,0

7.3. Pensiya sisteminin səmərəli idarə olunması

üçün idarəetmə strukturunun təkmilləşdirilməsinə

 

490,0

8. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri

 

34300,0

9. Fondun Naxçıvan Muxtar Respublika İdarəsinin inzibati binasının inşası üzrə xərclər

 

800,0

10. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

 

55,0

11. Tətbiq olunmuş maliyyə sanksiyalarından daxil olan vəsaitlər üzrə xərclər

 

1200,0

 

Maddə 4. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əmək haqqı ödənişləri ilə birlikdə həyata keçirilir.

 

Maddə 5. Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlilləri Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.

 

Maddə 6. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun hesabında və onun yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait və pensiya, müavinət, əmək haqqı və bunların çatdırılması ilə bağlı məsrəflərin bu Qanunla təsdiq olunmuş məbləğlərinin icra olunmamış hissəsi növbəti ilin müvafiq gəlir və xərclərinə aid edilir.

 

Maddə 7. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsinin icrası zamanı iqtisadi təsnifata uyğun olaraq məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən pensiya və müavinətlər, habelə digər xərc maddələri üzrə qənaət yarandığı halda digər maddələrə yönəldilə bilər.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2005-ci il büdcəsinin icrası zamanı iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsindən ayırmalar (transfert) hesabına ödənilən pensiya və müavinətlər, habelə digər xərc maddələri üzrə qənaət yarandığı halda, bu vəsait yalnız dövlət büdcəsindən ayırmalar (transfert) hesabına ödənilməli olan digər maddələrə yönəldilə bilər.

 

Maddə 8. Müəyyən edilsin ki, sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanmış müavinətin ilk 14 günlük məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.

 

Maddə 9. Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 dekabr 2004-cü il

N 790-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU