"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İctimai televiziya və radio yayımı haqqında”
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavə edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 11, maddə 888; 2006-cı il, No– 3, maddə 224, No– 12, maddə 1005; 2007-ci il, No– 5, maddələr 435, 442, No– 12, maddə 1218) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1.  14.4-14.12-ci maddələr çıxarılsın.

2.  Aşağıdakı məzmunda 14.4-cü maddə əlavə edilsin:
“İctimai yayım proqramlarında (verilişlərində) reklam “Reklam haqqında” və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanır və yayımlanır .”.

3.  20.1.4-cü maddədə “3 müavinini” sözləri “müavinlərini” sözü ilə əvəz edilsin.

4.  20.4-cü maddədə “iki” sözü “altı” sözü ilə əvəz edilsin.

5. 26.2-ci maddədə “2010-cu il” sözləri “2014-cü il” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2009-cu il
No– 886-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU