"Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə
“Fərdi məlumatların avtomatlaşdırılmış qaydada
işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında”
Konvensiyanın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” 1981-ci il yanvarın 28-də Strasburq şəhərində imzalanmış Konvensiya müvafiq bəyanatlarla (bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2009-cu il
No– 879-IIIQ
Fayl şəklində yüklə

