"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa və "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

 “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa,
 “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”
Azərbaycan Respublikasının Qanununa və “Təbii müalicə ehtiyatları,
 müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə


AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–8, maddə 472; 2001-ci il, No–3, maddə 148; 2002-ci il, No–5, maddə 238; 2003-cü il, No–4, maddə 178; 2004-ci il, No–2, maddə 57, No–4, maddə 201; 2008-ci il, No– 2, maddə 47) 62-ci maddəsinin 2.8-ci bəndində “mühafizə-sağlamlıq” sözləri “müalicə-sağlamlaşdırma” sözləri ilə əvəz edilsin, həmin maddənin 4-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə və yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid edilə bilər.”.

II. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–7, maddə 479; 2003-cü il, No–1, maddə 8; 2004-ci il, No–2, maddə 57; 2006-cı il, No–8, maddə 657; 2007-ci il, No–8, maddə 745; 2008-ci il, No–6, maddə 460; 2009-cı il, No–2, maddə 43) 6-cı maddəsinin üçüncü hissəsinin birinci cümləsindən “, müalicə-sağlamlaşdırma yerləri və kurortlar” sözləri çıxarılsın, “xüsusi mühafizə olunan” sözlərindən            əvvəl “, müalicə-sağlamlaşdırma yerləri və kurortlar isə beynəlxalq və ölkə əhəmiyyətli” sözləri əlavə edilsin.
           
III. “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, No–5, maddə 327) 3.3-cü maddəsinin birinci cümləsində “respublika” sözü “ölkə” sözü ilə əvəz edilsin.
                                                                                                                          
                                                                                                                           

                                                                                                                              
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri,  30 sentyabr 2009-cu il
No– 882-IIIQD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU