Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad,
Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin
dəyişdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərində bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq aşağıdakı dəyişiklik edilsin:

1. Hacıqabul rayonunun ərazisindən dövlət ehtiyat fondunda olan   2062,88 ha torpaq sahəsi Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisinə, Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisindən dövlət mülkiyyətində olan 1166,09 ha torpaq sahəsi isə Hacıqabul rayonunun ərazisinə verilsin.
2. Sabirabad rayonunun Minbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Minbaşı kəndinin ərazisindən 24,21 ha torpaq sahəsi Şirvan şəhərinin Bayramlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Bayramlı qəsəbəsinin ərazisinə verilsin. 
3. Salyan rayonunun ərazisindən dövlət ehtiyat fondunda olan 981,61 ha torpaq sahəsi Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisinə, Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin ərazisindən dövlət mülkiyyətində olan 210,35 ha torpaq sahəsi isə Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Bəşirbəyli kəndinin ərazisinə verilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2009-cu il
No– 852-IIIQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU