Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətke?mə haqqında" Əsasnaməyə əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        
Azərbaycan Respublikasının 1997-ci il 3

oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə

təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında"

Əsasnaməyə əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,№1, maddə 14; 2001-ci il,№3, maddələr 138, 145, 146, 147;№12, maddələr 731, 745; 2002-ci il,№6, maddə 328,№8, maddə 464; 2004-cü il,№2,maddə 57) 147-ci maddəsinə aşağıdakı əlavələr edilsin:

 

1.Altıncı hissədə "Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)" sözlərindən sonra", ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların" sözləri, "fərdi yaşayış evinin tikintisi üçün" sözlərindən sonra "müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz" sözləri əlavə edilsin.

 

2.Səkkizinci hissədə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.".

 

III.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 17 sentyabr 2004-cü il

№ 758-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU