"Daxili qoşunların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının
Qanununa əlavə və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublikasının  Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No–17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–1, maddə 15; 2004-cü il, No–2, maddə 57, No–3, maddə 133; 2008-ci il,                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                    No–7, maddə 602) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 9-cu maddəyə aşağıdakı məzmunda “ə)” yarımbəndi əlavə edilsin:                   

“ə) Daxili qoşunların hərbi şurasının tərkibini müəyyən edir.”;

 

2. 12-ci maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Hərbi şuranın tərkibinə daxili qoşunların komandanı (şuranın sədri), daxili qoşunlar komandanının birinci müavini-qərargah rəisi (şuranın sədr müavini), daxili qoşunlar komandanının müavinləri, habelə Daxili Qoşunlar Baş İdarəsinin digər vəzifəli şəxsləri daxil olurlar.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il
No– 887-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU