"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişiklik və əlavələr edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 12, maddə 740; 2002-ci il, No– 12, maddə 706; 2003-cü il, No– 1, maddə 23, No– 8, maddə 428, No– 12, I kitab, maddələr 676, 698; 2005-ci il, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No– 12, maddə 1083; 2006-cı il, No– 3, maddələr 223, 225, No– 6, maddə 481, No– 12, maddələr 1015, 1029; 2007-ci il, No– 2, maddə 80, No– 12, maddə 1203; 2008-ci il, No– 3, maddə 158, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12 maddə 1047; 2009-cu il, No– 1, maddə 5, No– 2, maddə 56, No– 3, maddə 160, No– 7, maddə 519) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 18.11-ci, 18.12.1-ci, 18.12.2-ci, 18.33-cü, 18.34-cü, 18.48-ci maddələrdə ismin müvafiq hallarında “apellyasiya komissiyası” sözləri ismin müvafiq hallarında “apellyasiya şurası” sözləri ilə əvəz edilsin;
2. aşağıdakı məzmunda 18.34-1-ci, 18.34-2-ci  və 18.34-3-cü maddələr əlavə edilsin:
“18.34-1. Əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya şurasına ərizənin verilməsi üçün – 150 manat.
18.34-2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün – 120 manat.
18.34-3. Apellyasiya şurasına etirazın baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün – 40 manat.”;
3. aşağıdakı məzmunda 18.35-1-ci maddə əlavə edilsin:
“18.35-1. Əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlət verilməsi üçün – 30 manat.”;
4. aşağıdakı məzmunda 18.39-1-ci maddə əlavə edilsin:
“18.39-1. Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün – 60 manat.”.    

                                                                                                                 
                                                                                                                   
                                                                                                                    
                                                                                                                    
                                                                                                                  İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


                                                                                                                                 
                                                                                                                                 
Bakı şəhəri,  20 oktyabr 2009-cu il
No– 889-IIIQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU