Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının
Qanununa və “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavə edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, No–12, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12 maddə 973; 2005-ci il, No–1 maddələr 5, 6, No–2 maddə 61, No–4 maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68; No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478; No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579; No–8, maddə 757; No–10, maddələr 935, 936, 938, 940; No–11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; No–12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, No–2, maddə 47, No–3, maddələr 146, 152,  159, No–4, maddə 249, No–5, maddə 340, No–6, maddələr 454, 460, 461, 464, No–7, maddələr 601, 602, 605, No–8, maddələr 699, 701, No–10, maddələr 884, 885; No–11, maddələr 956, 967, No–12, maddələr 1045, 1047, 1049; 2009-cu il, No–2, maddələr 36, 45, 49, 52, 53; Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli 804-IIIQD nömrəli və 2009-cu il 8 may tarixli 813-IIIQD nömrəli Qanunları) 190-cı maddəsindən “və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması” sözləri çıxarılsın.

II. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No–8, maddə 655; 2007-ci il, No–6, maddə 595) 10.0.6-cı maddəsində “şəxsləri uçota götürmək” sözləri “şəxslərin müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən uçotunu aparmaq” sözləri ilə əvəz edilsin və 26.3-cü maddə çıxarılsın.

III. “Atçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No–5, maddə 399; 2008-ci il, No–6, maddə 462) 10.1-ci maddəsində “tərəfindən” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanından alınmış məlumata əsasən” sözləri əlavə edilsin və 6.1.7-ci, 10.2-ci və 10.3-cü maddələri çıxarılsın. 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il
No– 897-IIIQD

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU