"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Körpələrin və erkən yaşlı uşaqların
qidalanması haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 417) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"5.2. Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə aylıq müavinət verilir.".
2. 6.2-ci maddə çıxarılsın.
II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 sentyabr 2004-cü il
№ 759 -IIQD

