"Rəsmi statistika haqqında " Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Rəsmi statistika haqqında ” Azərbaycan Respublikasının
Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No–11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–7, maddə 486; 2002-ci il, No–12, maddə 706; 2003-cü il, No–1, maddə 4; 2004-cü il, No–2, maddə 57, No–4, maddə 202, No–7, maddə 507; 2006-cı il, No–2, maddə 63,   No–12, maddə 1005; 2007-ci il, No–5, maddə 437; 2008-ci il, No–2, maddə 49) aşağıdakı əlavələr edilsin:
 
1. Qanunun Preambulasının birinci hissəsində “təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə” sözlərindən sonra “(onların nümayəndəlik və filiallarına)” sözləri əlavə edilsin;
2. 1-ci maddənin beşinci abzasında “hüquqi” sözündən sonra “şəxslərdir (onların nümayəndəlik və filiallarıdır)” sözləri əlavə edilsin;
3. 7-ci maddənin 1-ci bəndində “təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən” sözlərindən sonra “(onların nümayəndəlik və filiallarından)” sözləri əlavə edilsin;
4. 11-ci maddə üzrə:
4.1. dördüncü hissədə “hüquqi” sözündən sonra “şəxslər (onların nümayəndəlik və filialları)” sözləri və “ödənilmədən” sözündən sonra “kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında”  sözləri əlavə edilsin:
4.2. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim
edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.”.


                                                                                                                           
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                    
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


 
                                                                                                                                     
Bakı şəhəri, 27 oktyabr 2009-cu il
No– 902-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU