Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
dəyişiklik və əlavələr edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 4, maddə 213; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 362, No– 11, maddələr 672, 679,  No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003-cü il, No– 1, maddələr 9, 23; 2004-ci il, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005-ci il, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No– 11, maddə 1001, No– 12,  maddə 1094; 2006-cı il, No– 3, maddələr 220, 222, No– 5, maddə 385, No– 11 maddə 923, No– 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, No– 5, maddələr 401, 437, No– 6, maddə 560, No– 8, maddə 756, No– 11, maddələr 1049, 1053; 2008-ci il, No– 3, maddə 156, No– 7, maddələr 600, 602, No– 10 maddə 887, No– 11, maddə 960; 2009-cu il No– 2, maddə 48, No– 5, maddə 294, No– 6, maddə 399) 105-ci maddəsində:
1. birinci hissənin doqquzuncu-on dördüncü abzasları müvafiq olaraq onuncu-on beşinci abzaslar hesab edilsin və hissəyə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);”;
2. ikinci hissədə “Silahlı Qüvvələri günü,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət bayrağı günü,” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti   


Bakı şəhəri,  4 dekabr 2009-cu il
No– 927-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU