Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında
Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış
minimumu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilsin.
II. Bu Qanun 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2009-cu il
No– 908-IIIQ
Fayl şəklində yüklə

