Azərbaycan Respublikasının A?stafa, A?su, Saatlı və Tərtər rayonlarında bələdiyyələrin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ağstafa, Ağsu,

Saatlı və Tərtər rayonlarında bələdiyyələrin

yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikasının Ağstafa, Ağsu, Saatlı və Tərtər rayonlarında aşağıdakı bələdiyyələr yaradılsın:

 

1. Ağstafa rayonu üzrə:

1) Böyük Kəsik bələdiyyəsinin əhatə etdiyi Ağgöl kəndində Ağgöl bələdiyyəsi;

2) Köçvəlili bələdiyyəsinin əhatə etdiyi Qarayazı, Həzi Aslanov və Soyuqbulaqlar qəsəbələrində Qarayazı bələdiyyəsi;

3) Pirili bələdiyyəsinin əhatə etdiyi Kolxəlfəli kəndində Kolxəlfəli bələdiyyəsi;

4) Poylu bələdiyyəsinin əhatə etdiyi Poylu qəsəbəsində və Saloğlu bələdiyyəsinin əhatə etdiyi Ceyrançöl qəsəbəsində Poylu qəsəbə bələdiyyəsi;

5) Tatlı bələdiyyəsinin əhatə etdiyi Köhnəqışlaq kəndində Köhnəqışlaq bələdiyyəsi.

 

2. Ağsu rayonu üzrə:

Növcü bələdiyyəsinin əhatə etdiyi Yuxarı Növcü kəndində Yuxarı Növcü bələdiyyəsi.

 

3. Saatlı rayonu üzrə:

1) Xanlarkənd bələdiyyəsinin əhatə etdiyi Çolpı kəndində Çolpı bələdiyyəsi;

2) Mircəlal bələdiyyəsinin əhatə etdiyi Soltanabad kəndində Soltanabad bələdiyyəsi.

 

4. Tərtər rayonu üzrə:

İrəvanlı bələdiyyəsinin əhatə etdiyi Hacallı və Qapanlı kəndlərində Hacallı bələdiyyəsi.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 17 sentyabr 2004-cü il

761-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU