"Avropanın memarlıq irsinin qorunması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə
“Avropanın memarlıq irsinin qorunması haqqında”
Konvensiyanın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Avropanın memarlıq irsinin qorunması haqqında” 1985-ci il oktyabrın 3-də Qranada şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının ona dair bəyanatı ilə birlikdə (bəyanatın mətni əlavə olunur) təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2009-cu il
No– 919-IIIQ
Fayl şəklində yüklə

