"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş
“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişiklik və əlavə edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il,  No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008-ci il, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009-cu il, No– 4, maddə 214; Azərbaycan Respublikasının 2009-cu il 29 may tarixli 827-IIIQ nömrəli, 19 iyun tarixli 840-IIIQD nömrəli və 30 sentyabr tarixli 884-IIIQD nömrəli  qanunları) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. Hacıqabul rayonu bölməsində:
26.1-ci sırada “Abdulyan” sözləri “Abdulabad” sözləri ilə əvəz edilsin.

2. İsmayıllı rayonu bölməsində:
30.16-cı sırada “Çayqovuşan,” sözündən sonra “Çəmənli, Elabad,” sözləri əlavə edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2009-cu il
No– 920-IIIQD

    

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU