Şəki rayonunun bəzi ərazi vahidlərinin adlarında dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Şəki rayonunun bəzi ərazi vahidlərinin adlarında

dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. Şəki rayonunun bəzi ərazi vahidlərinin adlarında aşağıdakı dəyişikliklər edilsin:

 

Cumay kənd inzibati ərazi vahidi tərkibindəki Cumay kəndi Cumakənd adlandırılsın, Cumay kənd inzibati ərazi vahidi Cumakənd inzibati ərazi vahidi adlandırılsın.

 

Çeşməli kənd inzibati ərazi dairəsi tərkibindəki Oryat kəndi Öryət kəndi adlandırılsın.

 

Suçma kənd inzibati ərazi dairəsi tərkibindəki Dərəcənnətli kəndi Dərəcənnət kəndi adlandırılsın.

 

Turan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çay Qaraqoyunlu kəndi Çayqaraqoyunlu kəndi adlandırılsın.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 17 sentyabr 2004-cü il 760-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU