"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İmmiqrasiya haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”,
“İmmiqrasiya haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin
dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikası
Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarına,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 2, maddə 57; 2001-ci il, No– 11, maddə 683, No– 12, maddə 736; 2007-ci il, No– 7, maddə 712; 2008-ci il, No– 8, maddə 695) 4-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində “gömrük işini” sözlərindən sonra “, miqrasiya sahəsində idarəetməni” sözləri əlavə edilsin.
II. “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 3, maddə 156; 2001-ci il, No– 11, maddələr 676, 695; 2004-cü il, No– 2, maddə 57, No– 7, maddə 505; 2007-ci il, No– 11, maddə 1053; 2008-ci il, No– 8, maddə 701; 2009-cu il, No–3, maddə 160, No–7, maddə 519) aşağıdakı əlavələr edilsin:
1. 4-cü maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Vəsatət şəxsin Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin bitməsinə azı 3 ay qalmış verilməlidir.”;
2. 10-cu maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Uzadılma barədə vəsatət daimi yaşamaq üçün icazənin müddətinin bitməsinə azı 3 ay qalmış verilməlidir.”.
III. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 10, maddə 569; 2001-ci il, No– 12, maddə 736; 2005-ci il, No– 8, maddə 692; 2006-cı il, No– 11, maddə 928; 2007-ci il, No– 6, maddə 560; 2008-ci il, No– 8 maddə 695, No– 11, maddə 960) 2-ci maddəsində “ədliyyə” sözündən sonra “, miqrasiya” sözü əlavə edilsin.
IV. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006-cı il No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No– 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, No– 2, maddə 47, No– 3, maddələr 146, 152, 159, No– 4, maddə 249, No– 5, maddə 340, No– 6, maddələr 454, 460, 461, 464, No– 7, maddələr 601, 602, 605, No– 8, maddələr 699, 701, No– 10, maddələr 884, 885, No– 11, maddələr 956, 957, No– 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, No– 2, maddələr 36, 45, 49, 52, 53, No– 5, maddələr 309, 315, No– 6, maddələr 404, 405; No– 7, maddələr 517, 518, 519; No– 8, maddə 611) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 330-cu maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir.”;
2. aşağıdakı məzmunda 398.1.6-cı maddə əlavə edilsin:
“398.1.6. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda.”;
3. 399.2-ci maddədə “qalmalarına” sözündən sonra “, habelə ölkədə olma qaydalarını pozmalarına” sözləri əlavə edilsin.
V. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, II kitab, maddə 585; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003-cü il, No– 6, maddə 276; 2004-cü il, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761, No– 11, maddə 890; 2005-ci il, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 5, maddə 390, No– 10, maddə 847, No– 11, maddə 929, No– 12, maddə 1032; 2007-ci il, No– 2, maddələr 65, 68, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddə 1221; 2008-ci il, No– 6, maddə 462; 2008-ci il, No– 7, maddələr 606, 607, No– 12, maddələr 1045, 1049; 2009-cu il, No– 5 maddə 315; No– 7, maddə 517) 215.3.2-ci maddəsində “təhlükəsizlik,” sözündən sonra “miqrasiya,” sözü əlavə edilsin.
VI. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 6, maddə 477; 2008-ci il, No– 10, maddə 886) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 7.5.1-ci maddədən “, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin” sözləri çıxarılsın;
2. aşağıdakı məzmunda 7.5.1-1-ci maddə əlavə edilsin:
“7.5.1-1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən - Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsi, habelə onların yaşayış yeri üzrə qeydiyyata alınması nəticəsində əldə olunan və bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş müvafiq məlumatlar - Vahid miqrasiya məlumat sistemi vasitəsilə;”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 26 noyabr 2009-cu il
No– 923-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU