Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında
Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin
əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən
azad edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2010-cu il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 oktyabr 2009-cu il
No– 903-IIIQ
Fayl şəklində yüklə

