Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  MİLLİ  MƏCLİSİNİN
Q  Ə  R  A  R  I

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 6-cı bəndinə və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən qərara alır:

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)  vəzifəsinə təqdim etdiyi Elmira Teymur qızı Süleymanovadan, Faiq Mirəsədulla oğlu Qurbanovdan və Teymur Ramiz oğlu Məlik-Aslanovdan ibarət üç namizəd arasından Elmira Teymur qızı Süleymanova Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)  seçilsin.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                O.Əsədov

                          
Bakı şəhəri,  5 mart  2010-cu il                                                                             
No– 962-IIIQR   

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU