"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, No– 23, maddə 996; 1993-cu il, No– 23, maddə 676) aşağıdakı məzmunda 3-cü maddə əlavə edilsin:
“3. Orden və medal – vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2010-cu il
No– 955-IIIQD
Fayl şəklində yüklə

