"Polis haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununa
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–11, maddə 611; 2001-ci il, No–11, maddə 699, No–12, maddə 731; 2002-ci il, No–3, maddə 118, No–6, maddə 328; 2003-cü il, No–1, maddə 22, No–8, maddə 424; 2004-cü il No–2, maddə 57, No–3, maddə 133; 2006-cı il, No–2, maddələr 74, 75, No–11, maddə 927; 2007-ci il, No–8, maddə 756; 2008-ci il, No–4, maddə 251, No–7, maddə 602, No–8 maddə 696, No–10 maddə 883; 2009-cu il, No–6, maddələr 399, 401) 29-cu maddəsinin I hissəsinin ikinci abzasında “Polisdə xidmətə başlayan andan” sözləri “Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, ” sözləri ilə əvəz edilsin.
 

  
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2010-cu il
No– 944-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU