"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"na dəyişikliklər və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”
Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının
2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na
dəyişikliklər və əlavə edilməsi barədə

A Z Ə R B A Y C A N   R E S P U B L İ K A S I N I N 

Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No–18, maddə 243; 1995-ci il, No–14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–5, maddə 385, No–6, madde 493; 1998-ci il, No–2, maddə 70; 2000-ci il, No–12, maddə 835; 2001-ci il, No–3, maddə 143, No–6, maddə 378, No–11, maddə 674; 2002-ci il, No–1, maddə 4, No–8, maddə 463; 2004-cü il, No–7, maddə 505; 2005-ci il, No–3, maddə 152,  No–10, maddə 874; 2006-cı il, No–1, maddə 3, No–2, maddə 64, No–3, maddə 219, No–4, maddə 319, No–11, maddə 933, No–12, maddələr 1006, 1017, 1029; 2007-ci il, No–7, maddə 712, No–8, maddə 753, No–11, maddə 1053; 2008-ci il, No–3, maddə 158, No–8, maddələr 699, 701, No–10, maddə 886; 2009-cu il, No–7, maddə519) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddənin birinci hissəsində “Milli Bankın” sözləri “Mərkəzi Bankın, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin” sözləri ilə əvəz edilsin;
2. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndində “Milli Bankın sədrinə və onun müavinlərinə” sözləri “Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna” sözləri ilə əvəz edilsin;

II. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No–8, maddə 690; 2006-cı il, No–4, maddə 316; 2007-ci il, No–10, maddə 934; 2008-ci il, No–8, maddə 699) ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin ikinci abzasında “Milli Bankının” sözləri “Mərkəzi Bankının” sözləri ilə əvəz edilsin, “Mərkəzi Seçki Komissiyasının sədrləri və onların müavinləri” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru və onun müavini” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2010-cu il
No– 945-IIIQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU