"Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının
2009-cu il 26 may tarixli 819-IIIQD nömrəli Qanununun tətbiq edilməsi
ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
əlavə və dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 4, maddə 213; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 362, No– 11, maddələr 672, 679, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003-cü il, No– 1, maddələr 9, 23; 2004-cü il, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005-ci il, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No– 11, maddə 1001, No– 12, maddə 1094; 2006-cı il, No– 3, maddələr 220, 222, No– 5, maddə 385, No– 11, maddə 923, No– 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, No– 5, maddələr 401, 437, No– 6, maddə 560, No– 8, maddə 756, No– 11, maddələr 1049, 1053; 2008-ci il, No– 3, maddə 156, No– 7, maddələr 600, 602, No– 10, maddə 887, No– 11, maddə 960; 2009-cu il, No– 2, maddə 48, No– 5, maddə 294, No– 6, maddə 399, Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli və 4 dekabr tarixli 927-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişiklik edilsin:
1. 74-cü maddənin ikinci hissəsinin birinci cümləsində “məhkəmənin” sözündən sonra “qanuni qüvvəyə minmiş” sözləri əlavə edilsin.
2. 282-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Tətilin qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı olduqda işçilər tətilə son qoymalı və məhkəmə qərarının tətilə başçılıq edən orqana təqdim olunduğu günün ertəsi günü işə başlamalıdırlar.”.
II. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 12; 2001-ci il, No– 12, maddələr 731, 736; 2004-cü il, No– 2, maddə 57; 2005-ci il, No– 4, maddə 274, No– 7, maddə 590; 2006-cı il, No– 11, maddə 926; 2007-ci il, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddə 1078; 2008-ci il, No– 3, maddə 155, No– 8, maddələr 694, 696; 2009-cu il, No– 6, maddələr 399, 406) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 129-cu bəndində “və (və ya) məhkəmənin” sözləri “qərarı və (və ya) məhkəmənin qanuni qüvvəyə minmiş” sözləri ilə əvəz edilsin.
III. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 17, No– 5, maddə 323; 2002-ci il, No– 5, maddə 236; 2003-cü il, No– 1, maddələr 23, 24, No– 6, maddə 279; 2004-cü il, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; 2005-ci il, No– 4, maddələr 277, 278; 2006-cı il, No– 2, maddə 64, No– 12, maddə 1006; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddə 68, No– 5, maddə 439, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1046; 2009-cu il, No– 6, maddə 402) aşağıdakı dəyişikliklər edilsin:
1. 117.2-ci maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 117.1-ci maddəsində” sözləri ilə əvəz edilsin.
2. 160.1-ci maddədən “məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada” sözləri çıxarılsın.
3. 331.3-cü maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 331.1-ci və 331.2-ci maddələrində” sözləri ilə əvəz edilsin.
4. 421-2.1-ci maddədə “265-ci maddəsində” sözləri “265.4-cü və 265.5-ci maddələrində” sözləri ilə əvəz edilsin.
IV. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, (I kitab), maddə 250, No– 5, maddə 323; 2002-ci il, No– 12, maddə 709; 2003-cü il, No– 8, maddə 420; 2004-cü il, No– 3, maddə 123, No– 5, maddə 318, No– 6, maddə 415, No– 10, maddə 761, No– 11, maddə 901; 2005-ci il, No– 2, maddə 61, No– 6, maddə 466, No– 8, maddələr 684, 692, 693, No– 11, maddə 996, No– 12, maddə 1085; 2006-cı il, No– 2, maddə 68, No– 3, maddə 225, No– 5, maddə 387, No– 6, maddə 478, No– 8, maddə 657, No– 12, maddə 1005; 2007-ci il, No– 2, maddə 80, No– 6, maddə 560, No– 8, maddə 745, No– 10, maddə 937, No– 11, maddə 1053, No– 12, maddələr 1215, 1219; 2008-ci il, No– 3, maddə 145, No– 6, maddə 456, No– 7, maddə 602, No– 12, maddə 1049; 2009-cu il, No– 2, maddə 47, No– 5, maddə 295, No– 6, maddə 404, No– 7, maddə 517) 157.5-ci maddəsinin birinci cümləsində “çağırış vərəqəsini” sözləri “məhkəmə bildirişini” sözləri ilə əvəz edilsin.
V. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 114; 2003-cü il, No– 6, maddə 277; 2004-cü il, No– 8, maddə 598, No– 11, maddə 901, No– 12, maddə 973; 2007-ci il, No– 1, maddə 3, No– 6, maddə 562, No– 11, maddə 1053; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddə 602; Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 894-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 12.2-ci maddə çıxarılsın.
2. 12.3-cü maddədə “başqa tələblər də” sözləri “tələblər” sözü ilə əvəz edilsin.
3. 13.2.1-ci maddədən “, məhkəmə qərarı dərhal icra edilməli olduqda-onun qəbul edildiyi günün ertəsi günündən” sözləri çıxarılsın.
4. 37.4-cü maddədə “səhv” sözü “yanlış” sözü ilə əvəz edilsin.
5. 42.1-ci maddənin birinci cümləsində “birbaşa qohumudursa” sözləri “qohumudursa və ya qohumu olmuşdursa” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2010-cu il
No– 950-IIIQD
Fayl şəklində yüklə

