Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə" Kredit Sazişinin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında
Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə”
Kredit Sazişinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə” 2009-cu il noyabrın 20-də Bakı şəhərində imzalanmış Kredit Sazişi təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2010-cu il
No– 981-IIIQ
Fayl şəklində yüklə

