Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında
Azərbaycan Respublikasının Dəvəçi rayonunun
Şabran rayonu adlandırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Dəvəçi rayonu Şabran rayonu adlandırılsın, Dəvəçi rayon inzibati ərazi vahidi Şabran rayon inzibati ərazi vahidi hesab edilsin.
Dəvəçi şəhər inzibati ərazi dairəsi tərkibindəki Dəvəçi şəhəri Şabran şəhəri adlandırılsın, Dəvəçi şəhər inzibati ərazi dairəsi Şabran şəhər inzibati ərazi dairəsi hesab edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2010-cu il
No– 983-IIIQ
Fayl şəklində yüklə

