"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında" Sazişin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti
arasında diplomatik pasportlara malik olan vətəndaşların
qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında”
Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların qısa müddətli viza rejimindən qarşılıqlı azad olunması haqqında” 2009-cu il dekabrın 9-da Paris şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2010-cu il
No– 963-IIIQ
Fayl şəklində yüklə

