"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də, "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"də, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, “Feldyeger rabitəsi orqanında xidmət keçmə
haqqında Əsasnamə”də, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının
Qanununda və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 12; 2001-ci il, No– 12, maddələr 731,736; 2004-cü il,      No– 2, maddə 57; 2005-ci il, No– 4, maddə 274, No– 7, maddə 590; 2006-cı il, No– 11, maddə 926; 2007-ci il, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddə 1078; 2008-ci il, No– 3, maddə 155, No– 8, maddələr 694, 696; 2009-cu il, No– 6, maddələr 399, 406) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında  Əsasnamə”nin 55-ci maddəsi çıxarılsın.

II. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 453, No– 12, maddə 731; 2004-cü il, No– 10, maddə 760; 2005-ci il, No– 4, maddə 280, No– 10, maddələr 871, 872; 2006-cı il, No– 10, maddə 846,  No– 11, maddə 927; 2007-ci il, No– 8, maddə 756, No– 11, maddələr 1073, 1081; 2008-ci il, No– 3, maddə 155, No– 10, maddə 882; 2009-cu il, No– 2, maddə 48, No– 6, maddə 399) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci maddəsi çıxarılsın.

III. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 7, maddə 514; 2006-cı il, No– 3, maddə 221, No– 11, maddə 927; 2007-ci il, No– 8, maddə 756; 2008-ci il, No– 2 maddə 48, No– 3, maddə 155, No– 8, maddələr 694, 710) ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”nin 48-ci maddəsi çıxarılsın.

IV. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”  Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 7, maddə 586; 2007-ci il, No– 1, maddə 1, No– 8,  maddə 756, No– 11, maddələr 1078, 1081; 2008-ci il, No– 3, maddə 155, No– 6, maddə 481, No– 8, maddələr 694, 710; 2009-cu il, No– 6, maddə 399) 14.5-ci maddəsi çıxarılsın.

V. Azərbaycan Respublikasının 2009-cu il 4 dekadr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 41-ci maddəsi çıxarılsın.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2010-cu il
No– 969-IIIQD

 

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU