"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə
və Azərbaycan Respublikasının Meşə Məcəlləsində
dəyişikliklər edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No–22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–5, maddə 312, No–6, maddə 415; 2007-ci il, No–8, maddə 754; 2008-ci il, No–8, maddə 709) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 173-cü maddəsinin birinci hissəsində “yanğından mühafizə orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin. 
II. Azərbaycan Respublikasının Meşə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–3, maddə 139; 1999-cu il, No–8, maddə 476; 2004-cü il, No–11, maddə 902; 2007-ci il, No–5, maddə 436; 2008-ci il, No–5, maddə 348) aşağıdakı dəyişikliklər edilsin:
1. 20-ci maddənin ikinci hissəsinin altıncı abzasında “qaydalarına” sözü “sahəsində normaların, standartların və qaydaların tələblərinə” sözləri ilə əvəz edilsin;
2. 61-ci maddənin birinci hissəsində “tələblərinə və qaydalarına” sözləri və ikinci hissəsində “tələblərinin və qaydalarının” sözləri müvafiq olaraq “sahəsində normaların, standartların və qaydaların tələblərinə” və “sahəsində normaların, standartların və qaydaların tələblərinin” sözləri ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 mart 2010-cu il
No– 970-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU