Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:
I. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 10, maddə 704; 2008-ci il, No– 5, maddə 354; 2009-cu il, No– 4, maddə 213) 8-ci maddəsinin birinci hissəsinin 1-ci bəndindən və ikinci hissəsindən “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
II. “Azərbaycan Respublikasının Şəki şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No– 11, maddə 1085) I hissəsindən “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
III. “Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No– 11, maddə 1092) I hissəsinin ikinci, üçüncü, dördüncü, beşinci və altıncı abzaslarından “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
IV. “Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, No– 5, maddə 350) I hissəsinin üçüncü abzasından “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
V. “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, No– 6, maddə 476) I hissəsinin ikinci abzasından “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
VI. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, No– 6, maddə 477) I hissəsinin üçüncü abzasından “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
VII. “Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, No– 6, maddə 479) I hissəsinin ikinci abzasından “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
VIII. “Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, No– 7, maddə 516) mətnindən “və inzibati ərazi dairələrinin” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2010-cu il
No– 948-IIIQD
Fayl şəklində yüklə

