"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş
şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 392; 2001-ci il, No– 11, maddələr 676, 699, No– 12, maddə 731; 2007-ci il, No– 11, maddə 1053) 12-ci maddəsinin ikinci hissəsində “16 yaşına çatmış ailə üzvlərinə müəyyənləşdirilmiş nümunədə” sözləri “ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2010-cu il
No– 984-IIIQD
Fayl şəklində yüklə

