Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
dəyişiklik və əlavə edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, I kitab, maddə 250, No– 5, maddə 323, No– 12, maddə 835; 2002-ci il, No– 12, maddə 709; 2003-cü il, No– 8, maddə 420; 2004-cü il, No– 3, maddə 123, No– 5, maddə 318, No– 6, maddə 415, No– 10, maddə 761, No– 11, maddə 901; 2005-ci il, No– 2, maddə 61, No– 6, maddə 466, No– 8, maddələr 684, 692, 693, No– 11, maddə 996, No– 12, maddə 1085; 2006-cı il, No– 2, maddə 68, No– 3, maddə 225, No– 5, maddə 387, No– 6, maddə 478, No– 8, maddə 657, No– 12, maddə 1005; 2007-ci il, No– 2, maddə 80, No– 6, maddə 560, No– 8, maddə 745, No– 10, maddə 937, No– 11, maddə 1053, No– 12, maddələr 1215, 1219; 2008-ci il, No– 3, maddə 145, No– 6, maddə 456, No– 7, maddə 602, No– 12, maddə 1049; 2009-cu il, No– 2 maddə 47, No– 5, maddə 295, No– 6, maddə 404, No– 7, maddə 517) aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 1078-11.5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“1078-11.5. Emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”
2. 1078-28.4-cü maddəsinin ikinci cümləsində “Qiymətli kağızlar
bazarının peşəkar iştirakçılarının” sözlərindən sonra “banklar istisna olmaqla” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il
No– 960-IIIQD
Fayl şəklində yüklə

