"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 3, maddə 115; 2004-cü il, No– 9, maddə 665; 2006-cı il, No– 3, maddə 207, No– 11, maddə 909; 2007-ci il, No– 10, maddə 928) 16.1-ci maddəsində “şərti maliyyə vahidinin 1200 mislinə bərabər məbləğdə” sözləri “1320 manat məbləğində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il
No– 832-IIIKQD
Fayl şəklində yüklə

