Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət ke?mə haqqında Əsasnamə"yə dəyişiklik və əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə dəyişiklik və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 453, №12, maddə 731) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:
"Daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Daxili işlər orqanlarının kiçik rəis heyəti vəzifələrinə xidmətə ali təhsilli şəxslərin qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.".
2. 88-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.".
3. 97-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.".
II.Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 03 sentyabr 2004-cü il

