Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında
Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLIKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
Xaçmaz rayonu Yergüc kənd inzibati ərazi dairəsi tərkibində faktiki mövcud olan yaşayış məntəqəsi Üryanoba kəndi adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2010-cu il
No– 949-IIIQ
Fayl şəklində yüklə

