Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr
tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə 
əlavələr edilməsi barədə


AZƏRBAYCAN  RESPUBLİKASININ

Q A N U N U

  
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, No– 12, maddə 972; Azərbaycan Respublikasının  2010-cu il 5 mart tarixli 969-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:
1. aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
“29-1. Miqrasiya orqanlarının işçiləri xidməti vəzifələrini yerinə yetirərkən, qanunla müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə və xüsusi vasitə tətbiq etmək hüququna malikdirlər. Miqrasiya orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
2. VII fəslin adında “rütbələri” sözundən sonra “və xüsusi geyim forması” sözləri əlavə edilsin;
3. aşağıdakı məzmunda 77-1 və 77-2-ci maddələr əlavə edilsin:
“77-1. Miqrasiya orqanlarında qulluq keçən  xüsusi rütbəsi olan işçilər xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
77-2. Xüsusi geyim forması pulsuz verilir. Xüsusi geyim formasının verilməsi  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il
No– 1007-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU