"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına 
dəyişiklik və əlavələr edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ

Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”  Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, No– 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3, maddə 142; 2002-ci il, No– 6, maddə 328; 2004-cü il, No– 7, maddə 505; 2006-cı il, No– 12, maddə 1033; 2007-ci il, No– 1, maddə 4) 3-cü maddəsinin birinci hissəsində “və verilmə tarixi”  sözləri “, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti” sözləri ilə əvəz edilsin.

II. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət  vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il,    No– 3, maddə 142;  1999-cu il, No–1, maddə 1) aşağıdakı əlavələr  edilsin:
1. həmin Qanunla təsdiq edilmiş  Şəxsiyyət vəsiqəsinin təsvirində:
1.1. “a” bəndinin üçüncü abzasında “Vəsiqənin verilmə tarixi” sözlərindən sonra “Etibarlıdır” sözü əlavə edilsin;
1.2. “b” bəndinin dördüncü abzasında “Vəsiqə sahibinin imzası” sözlərindən sonra “Etibarlıdır” sözü  əlavə edilsin;
2. həmin Qanunla təsdiq edilmiş  Şəxsiyyət vəsiqəsinin eskizlərinin arxa tə-rəfinə “Vəsiqənin verilmə tarixi” sözlərinin altında “Etibarlıdır” sözü əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il
No– 1008-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU