Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"na əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli     
945-IIQ nömrəli  Qanunu ilə təsdiq edilmiş “Vəzifəli
 şəxslər tərəfindən maliyyə xarakterli məlumatların
təqdim edilməsi Qaydaları”na əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli  Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 8, maddə 690; 2006-cı il, No– 4, maddə 316; 2007-ci il, No– 10, maddə 934; 2008-ci il, No– 8, maddə 699) ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisinin Aparatının,” sözlərindən sonra “Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının,” sözləri, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının,” sözlərindən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının,” sözləri, “Məhkəmə-Hüquq Şurasının Aparatının” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 aprel 2010-cu il
No– 993-IIIQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU