Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Hava Məcəlləsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №12, maddə 131; 2001-ci il, №11, maddə 683; 2004-cü il, №5, maddə 317) 154-cü maddəsində "hüquqpozmalar" sözü "xətalar" sözü ilə və "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası məcəlləsi" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi" sözləri ilə əvəz edilsin.
II. "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 92; 2001-ci il, №11, maddə 683; 2004-cü il, №2, maddə 57) aşağıdakı dəyişikliklər edilsin:
1. 22-ci maddənin birinci hissəsinin onuncu abzası aşağıdakı redaksiyada verilsin:
"dövlət standartlarının tələblərini yerinə yetirməyən şəxslərə inzibati tənbeh tədbirləri tətbiq etmək".
2. 14-cü maddənin altıncı abzası çıxarılsın və yeddinci abzas müvafiq olaraq altıncı abzas hesab edilsin.
III. "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 415; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 235, 237; №12, maddə 706; 2004-cü il, №4, maddə 202) 25-ci maddəsinin üçüncü hissəsinin 11-ci bəndində "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilsin.
IV. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 478; 2001-ci il, №12, maddə 736, 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 11; №6, maddə 256; №8, maddə 423) 61-ci maddəsi çıxarılsın.
V. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 17; 2002-ci il, №5, maddə 236, 241; 2003-cü il, №1, maddələr 23, 24; №6, maddə 279) aşağıdakı dəyişikliklər edilsin:
1. 36.8-ci maddədə, 26-cı fəslin adında və 293.1-ci maddələrdə "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilsin.
2. 293.2-ci maddədə "hüquqpozmadan" sözü "xətadan" sözü ilə əvəz edilsin.
3. 294.1-ci maddədə "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilsin.
4. 294.2-ci maddədə "hüquq pozuntusu" sözləri "xəta" sözü ilə, "pozuntunun" sözü "xətanın" sözü ilə əvəz edilsin.
5. 295.1-ci maddədə "hüquqpozma" sözü "xəta" sözü ilə, "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsində" sözləri "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində" sözləri ilə, "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilsin.
6. 295.2-ci maddədə "hüquqpozmnın xarakterini, "hüquqpozmanın" sözləri "xətanın xarakterini, inzibati xəta törədən şəxsin" sözləri ilə əvəz edilsin.
7. 295.5-ci maddədə "hüquqpozma" sözü "xəta" sözü ilə əvəz edilsin.
VI. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250; №12, maddə 835; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123) aşağıdakı dəyişikliklər edilsin:
1. 246-cı, 247-ci, 248-ci və 249-cu maddələrdə "bələdiyyə ehtiyacları" sözləri "ictimai ehtiyaclar" sözləri ilə əvəz edilsin.
2. 246.1-ci maddə çıxarılsın, 246.2-ci, 246.3-cü və 246.4-cü maddələr müvafiq olaraq 246.1-ci, 246.2-ci və 246.3-cü maddələr hesab edilsin.
3. 246.1-ci maddənin əvvəlinə "Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq" sözləri əlavə edilsin.
4. 247.1-ci maddədə "Azərbaycan Respublikasının və ya bələdiyyənin" sözləri "dövlətin" sözü ilə əvəz edilsin.
5. 248.2-ci maddədə "246.4" rəqəmi "246.3"rəqəmi ilə əvəz edilsin.
VII. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, II kitab, maddə 585; 2001-ci il, №7, maddə 455; 2002-ci il, №1, maddə 9; №5, maddə 233; №8, maddə 463; 2003-cü il, №6, maddə 276; 2004-cü il, №5, maddə 321) 408.2.1-408.2.3-cü və 408.2.5-ci maddələrində "hüquqpozmalara" sözü "xətalara" sözü ilə əvəz edilsin.
VIII. "Qan və onun komponentlərinin donorluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №4, maddə 306; 2001-ci il, №11, maddə 682) III hissəsi qüvvədən düşmüş hesab edilsin.
IX. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №10, maddə 570; 2002-ci il, №6, maddə 328) IV hissəsi qüvvədən düşmüş hesab edilsin.
X. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 683; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №4, maddələr 639, 643) XIX hissəsi qüvvədən düşmüş hesab edilsin.
XI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2004-cü il
№ 731 - IIQD

