"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 11, maddə 612; 2002-ci il, No– 5, maddə 250, No– 6, maddə 328; 2004-cü il, No– 3, maddə 133; 2005-ci il, No– 12, maddə 1079; 2006-ci il, No– 2, maddə 64, No– 11, maddə 933, No– 12, maddə 1005; 2007-ci il, No– 6, maddə 560; 2008-ci il, No– 4, maddə 252, No– 6, maddə 462; 2010-cu il, No– 3, maddə 172) 10-cu maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. VIII hissənin birinci cümləsində “xüsusi və digər texniki vasitələrdən” sözləri “texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr)” sözləri ilə əvəz edilsin;
 
2. X hissədə “Gizli informasiya alınması üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin” sözləri “Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin” sözləri ilə əvəz edilsin.   

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

              
Bakı şəhəri, 31 may 2010-cu il
No– 1015-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU