"Mülki dövriyyənin müəyyən iştirak?ılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 137; 2002-ci il, № 12 maddə 701; 2003-cü il, № 8 maddə 424; 2004-cü il, № 3, maddə 133) 3-cü maddəsinin II hissəsinin 1-ci və 12-ci bənlərində, 8-ci maddəsinin I, III və V hissələrində, 9-cu maddəsinin III-VI, VIII, IX, XI və XII hissələrində, 12-ci maddəsinin II hissəsində, 13-cü maddəsinin I-III hissələrində, 14-cü maddəsinin I və II hissələrində, 15-ci maddəsinin IV hissəsində, 18-ci maddəsinin I hissəsinin 1-ci bəndində və II-V hissələrində, 19-cu maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərində, 21-ci maddəsinin III hissəsinin 4-cü bəndində, 23-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərində və II hissəsində "icazəsi", "icazədə", "icazənin", "icazə", "icazədən", "icazəni" və "icazəsində" sözləri müvafiq olaraq "xüsusi icazəsi" "xüsusi icazədə", "xüsusi icazənin", "xüsusi icazə" "xüsusi icazədən", "xüsusi icazəni" və "xüsusi icazəsində" sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikası Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, (II kitab), maddə 251, № 5, maddə 523; 2001-ci il, № 1, maddə 24, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003-cü il, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, (I kitab), maddə 676; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321; Azərbaycan Respublikasının 2004-cü il 11 iyun tarixli, 688-IIQD nömrəli Qanunu) 192.1-ci maddənin dispozisiyasında "pozulması ilə" sözlərindən sonra "və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə" sözləri əlavə edilsin.
III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (I kitab), maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, (I kitab), maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 11, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321; Azərbaycan Respublikasının 2004-cü il 20 aprel tarixli, 642-IIQD nömrəli və 2004-cü il 8 iyun tarixli 684-IIQD nömrəli Qanunları) 199-cu maddənin dispozisiyasında "pozulması ilə" sözlərindən sonra "və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə" sözləri əlavə edilsin.
IV. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 sentyabr 2004-cü il
№ 732-IIQD

