Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı
Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi
üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına,
habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ   QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 8, maddə 697, No– 12, maddə 1085)  ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın II siyahısının “Dərman preparatlarının beynəlxalq adı” sütununda aşağıdakı dəyişikliklər edilsin:
1. 25-ci bənddə “Etilamfetamin” sözü “Etilamfetamin-N-etilamfetamin” sözləri ilə əvəz edilsin;
2. 48-ci bənddə “Katin” sözü “Katin (+) – Norpsevdoefedrin” sözləri ilə əvəz edilsin;
3. 95-ci bənddə “Sipeprol” sözü “Zipeprol” sözü ilə əvəz edilsin.


       
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 aprel 2010-cu il
No– 994-IIIQD        

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU