Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli
141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi
orqanlarında xidmət haqqında Əsasnamə”yə
əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli  141-IIQ   nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,     No– 7, maddə 443; 2006-cı il, No– 6, maddə 486, No– 11, maddə 927, No– 12, maddə 1013; 2007-ci il, No– 1, maddə 1, No– 5, maddə 441, No– 8, maddə 756, No– 11, maddə 1078; 2008-ci il, No– 3, maddə 155, No– 4, maddə 253; 2009-cu il, No– 6, maddə 399) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 45-1-ci maddə əlavə edilsin:
“45-1. Vergi orqanlarının vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 11 may 2010-cu il
No– 1010-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU