Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 3, I kitab, maddə 126; 2002-ci il, No– 12, maddə 702; 2004-cü il, No– 7, maddə 505; 2006-cı il, No– 2, maddə 66, No– 11, maddə 923, No– 12, maddələr 1005, 1006; 2007-ci il, No– 1, maddə 4, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1218; 2008-ci il, No– 7, maddə 602; 2010-cu il, No– 2, maddə 70, No– 3, maddə 171) 53.3-cü maddəsinin birinci cümləsində “Uşağın soyadı” sözlərindən sonra “, bir qayda olaraq,” sözləri əlavə olunsun və bu maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2010-cu il
No– 1016-IIIQD
Fayl şəklində yüklə

