"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 10; 2001-ci il, No– 5 maddə 293, No– 11, maddə 687, No– 12, maddə 740; 2002-ci il, No– 5, maddə 241, No– 6, maddə 328, No– 12, maddə 706; 2004-cü il, No– 5, maddə 318; 2005-ci il, No– 4, maddə 281, No– 8, maddə 699, No– 10, maddə 903, No– 11, maddə 993; 2007-ci il, No– 1, maddə 4, No– 8, maddə 745, No– 11, maddələr 1053, 1075; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddə 602; 2009-cu il, No– 1, maddə 5, No– 7, maddə 517, No– 11, maddə 878) 6-cı maddəsinin üçüncü və dördüncü hissələri aşağıdakı redaksiyada verilsin:

“Notariat fəaliyyətini davam etdirmək istəyən notarius şəhadətnamənin müddətinin qurtarmasına üç ay qalmış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir və bununla bağlı həmin orqan tərəfindən onun fəaliyyəti qiymətləndirilir.
Fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır. Notarius şəhadətnaməsinin müddətinin uzadılmasına görə bu maddənin birinci hissəsində müəyyən edilmiş haqq ödəməlidir.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 iyun 2010-cu il
No– 1044-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU