"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının
Gömrük Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No– 22,        maddə 352; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 12, maddə 742; 1999-cu il, No– 4, maddə 225; 2001-ci il, No– 3, maddələr 145, 151, No– 5, maddələr 296, 299; 2009-cu il, No– 2, maddə 57, No– 12, maddə 968) aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. 1-ci maddənin onuncu  abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə  aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:
“tarif kvotası - müəyyən olunmuş müddətdə idxal edilən ayrı-ayrı malların (fiziki və ya dəyər ölçüləri ilə) müəyyən miqdarına daha aşağı idxal gömrük rüsumunun və müəyyən olunmuş miqdardan artıq malların idxalı zamanı daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan tənzimlənmə üsulu.”.
2. 33-cü maddənin 1-ci bəndinin ikinci abzasından “(çıxarılması)” sözü çıxarılsın.
3. 35-ci maddənin birinci  abzasında “idxal (ixrac) üçün kvotalar” sözləri “idxal üçün tarif kvotaları” sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 447;        1999-cu il, No–10, maddə 570; 2000-ci il, No– 12, maddə 835; 2001-ci il, No– 11, maddələr 676, 686, 695, No– 12, maddə 736; 2002-ci il, No– 1, maddə 4, No– 8, maddə 463; 2003-cü il, No– 1, maddələr 3, 16, 23; 2004-cü il, No– 2, maddə 57,   No– 3, maddə 133, No– 6, maddə 400, No– 7, maddə 505; 2005-ci il, No– 4,        maddə 277, No– 10, maddə 876, No– 11, maddə 994; 2007-ci il, No– 5, maddə 442, No– 6, maddə 560, No– 10, maddə 938, No– 11, maddə 1053; 2008-ci il, No– 7,  maddə 602; 2009-cu il, No– 2, maddə 48, No– 12, maddə 968; Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 972-IIIQD nömrəli Qanunu)          17-ci maddəsinin 29-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə  aşağıdakı məzmunda 30-cu bənd əlavə edilsin:
“30) tarif kvotası - müəyyən olunmuş müddətdə idxal edilən ayrı-ayrı malların (fiziki və ya dəyər ölçüləri ilə) müəyyən miqdarına daha aşağı idxal gömrük rüsumunun və müəyyən olunmuş miqdardan artıq malların idxalı zamanı daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan tənzimlənmə üsulu.”.
           


           
        İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 iyun 2010-cu il        
No– 1053-IIIQD

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU