Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati
ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a   a l ı r :

I. Zaqatala şəhər inzibati ərazi dairəsi tərkibindəki Zaqatala şəhəri ilə həmsərhəd olan Aşağı Tala kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Tala kəndinin ərazisindən 40,49 ha (bunlardan – dövlət mülkiyyətində olan 2,70 ha, bələdiyyə mülkiyyətində olan 33,49 ha və xüsusi mülkiyyətdə olan 4,30 ha), Car kənd inzibati ərazi dairəsi tərkibindəki Car kəndinin ərazisindən 12,37 ha (bunlardan – dövlət mülkiyyətində olan 5,82 ha, bələdiyyə mülkiyyətində olan 1,70 ha və xüsusi mülkiyyətdə olan 4,85 ha) və Zilban kəndinin ərazisindən 45,90 ha (bunlardan – dövlət mülkiyyətində olan 9,60 ha, bələdiyyə mülkiyyətində olan 1,00 ha və xüsusi mülkiyyətdə olan 35,30 ha), Göyəm kənd inzibati ərazi dairəsi tərkibindəki Çökəkoba kəndinin ərazisindən 87,97 ha (bunlardan – dövlət mülkiyyətində olan 27,40 ha, bələdiyyə mülkiyyətində olan 24,80 ha və xüsusi mülkiyyətdə olan 35,77 ha) və Göyəm kəndinin ərazisindən 149,08 ha (bunlardan – dövlət mülkiyyətində olan 110,18 ha və bələdiyyə mülkiyyətində olan 38,90 ha), Kebeloba kənd inzibati ərazi dairəsi tərkibindəki Kebeloba kəndinin ərazisindən 58,91 ha (bunlardan – dövlət mülkiyyətində olan 5,00 ha, bələdiyyə mülkiyyətində olan 3,40 ha və xüsusi mülkiyyətdə olan 50,51 ha), Yuxarı Tala kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Tala kəndinin ərazisindən 147,31 ha (bunlardan – dövlət mülkiyyətində olan 117,21 ha, bələdiyyə mülkiyyətində olan 10,02 ha və xüsusi mülkiyyətdə olan 20,08 ha) torpaq sahələri bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Zaqatala şəhərinin inzibati ərazisinə verilsin.

II. Zaqatala şəhər inzibati ərazi dairəsi tərkibindəki Qazangül qəsəbəsi (ərazisi 528,16 ha, bunlardan – dövlət mülkiyyətində olan 172,40 ha, bələdiyyə mülkiyyətində olan 114,21 ha və xüsusi mülkiyyətdə olan 241,55 ha) Zaqatala şəhərinin inzibati ərazisinə birləşdirilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 iyun 2010-cu il
No– 1055-IIIQ

                                                                     

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU