"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişiklik və əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il, No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008-ci il, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009-cu il, No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Abşeron rayonu bölməsində 7.5-ci sırada “Goradil” sözləri “Görədil” sözləri ilə əvəz edilsin.
2. Hacıqabul rayonu bölməsində 26.13-cü sırada “Padar kəndi” sözləri “Padar qəsəbəsi” sözləri ilə əvəz edilsin.
3. Qəbələ rayonu bölməsində 34.7-ci sırada “Qarasu” sözü “Zərgərli” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il
No– 1056-IIIQD
Fayl şəklində yüklə

