Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Seçki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No– 6, maddə 274, No– 12,       I kitab, maddə 680; 2004-cü il, No– 6, maddə 416, No– 11, maddə 891; 2005-ci il,   No– 2, maddə 62, No– 4, maddə 278, No– 7, maddələr 576, 584, No– 12, maddə 1091; 2007-ci il, No– 7, maddə 712; 2008-ci il, No– 6, maddə 457; 2009-cu il, No– 2, maddə 44) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.1-ci maddədə “75” rəqəmi “60” rəqəmi ilə əvəz edilsin.

2. 29.6-cı maddənin altıncı cümləsində “70” rəqəmi “55” rəqəmi ilə, “65” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.
 
3. 30.1-ci maddədə “60” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.

4. 46.6-cı maddədə “25” rəqəmi “20” rəqəmi ilə əvəz edisin.

5. 58.1-ci maddədə “65” rəqəmi “50” rəqəmi ilə, “40” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.

6. 59.2-ci maddənin ikinci cümləsində “50” rəqəmi “40” rəqəmi ilə əvəz edilsin, “ən geci” sözləri çıxarılsın.

7. 60.1-ci maddənin birinci cümləsində “10” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

8. 66.2-ci maddədə “45” rəqəmi “35” rəqəmi ilə əvəz edilsin.

9. 68.1-ci maddənin birinci cümləsində “10” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

10. 69.9-cu maddə çıxarılsın.

11. 75.2-ci maddədə “28” rəqəmi “23” rəqəmi ilə əvəz edilsin.

12. 77.3-cü maddənin ikinci cümləsində, 78.3-cü maddədə, 81.2-ci maddənin üçüncü cümləsində, 83.6-cı maddənin ikinci cümləsində, 84.1-ci maddənin ikinci cümləsində “35” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.

13. 89.3-cü maddənin birinci cümləsində “45” rəqəmi “35” rəqəmi ilə əvəz edilsin.

14. 90.6-cı maddə çıxarılsın.

15. 90.7-ci maddəsinin birinci cümləsində “Seçki komissiyasının vəsaitini, habelə, teleradio” sözləri “Teleradio” sözü ilə əvəz edilsin.

16. 94.1-ci və 96.5-ci maddələrdə “70” rəqəmi “55” rəqəmi ilə əvəz edilsin.

17. 96.4-cü maddənin birinci cümləsində və 97.4-cü maddənin birinci cümləsində “65” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.

18. 101.1-ci maddənin ikinci cümləsində “55” rəqəmi “45” rəqəmi ilə əvəz edilsin.

19. 128.2.2-ci, 156.2.3-cü, 156.4.2-ci, 160-cı və 161-ci maddələr çıxarılsın.

20. 148.5-ci, 182.3-cü və 216.5-ci maddələrdə “25” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin.

21. 164.1-ci maddədə “büdcə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə” sözləri “qeydə alınmış namizədə,” sözləri ilə əvəz edilsin.

22. 164.2-ci maddə və 164.3-cü maddə çıxarılsın.
 
23. 164.4-cü maddədə “Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin” sözləri “Bu Məcəllənin” sözləri ilə əvəz edilsin, “dövlət büdcəsinin vəsaitlərini, habelə” sözləri çıxarılsın.

24. 164.5-ci maddənin birinci cümləsində “164.3 və 164.4-cü maddələrində” sözləri “164.4-cü maddəsində” sözləri ilə əvəz edilsin, ikinci cümləsində “Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 164.3-cü və 164.4-cü maddələrində” sözləri “Bu Məcəllənin 164.4-cü maddəsində” sözləri ilə, “bu Məcəllənin 164.3-cü və 164.4-cü maddələrində” sözləri “bu Məcəllənin 164.4-cü maddəsində” sözləri ilə əvəz edilsin.

25. 164.7-ci, 164.8-ci, 191.2.2-ci, 193-cü və 194-cü maddələr çıxarılsın.

26. 197.1-ci maddədə “büdcə pul vəsaitinin qeydə alınmış namizəd tərəfindən qaytarılması, habelə” sözləri çixarılsın.

27. 197.2-ci, 197.3-cü, 197.5-ci, 197.6-cı, 225.1.3-cü, 225.5.2-ci və 229-cu maddələr çıxarılsın.
 
28. 230-cu maddənin birinci cümləsində “dairə seçki komissiyasının” sözləri “bələdiyyənin” sözləri ilə, “bu seçki komissiyasına” sözləri “həmin bələdiyyəyə” sözləri ilə əvəz edilsin, həmin maddənin ikinci cümləsi çıxarılsın, üçüncü cümlədə “Mərkəzi Seçki Komissiyasının və ya” sözləri çıxarılsın və “onların” sözü “onun” sözü ilə əvəz edilsin.

29. 233.1-ci və 233.2-ci maddələrdə “büdcə və” sözləri çıxarılsın.

30. 233.3-cü maddədə “dövlət və” sözləri və “müvafiq olaraq dairə seçki komissiyasının və ya” sözləri çıxarılsın.

31. 233.4-cü maddədə “Mərkəzi Seçki Komissiyası,” sözləri və “dövlət və” sözləri çıxarılsın.

32. 233.7-ci maddədə “seçki komissiyaları,” sözləri çıxarılsın.

33. 233.8-ci maddə çıxarılsın. 

 

İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 iyun 2010-cu il
No– 1035-IIIQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU