Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə
əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, (II kitab), maddə 585; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003-cü il, No– 6, maddə 276; 2004-cü il, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761, No– 11, maddə 890; 2005-ci il, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 5, maddə 390, No– 10, maddə 847, No– 11, maddə 929, No– 12, maddə 1032; 2007-ci il, No– 2, maddələr 65, 68, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddə 1221; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddələr 606, 607, No– 12, maddə 1045, 1049; 2009-cu il, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 966; 2010-cu il, No– 3, maddələr 171, 173, 178) aşağıdakı əlavələr edilsin:

1. 214.2.2-ci maddədə “hərbi idarələrin” sözlərindən sonra “(müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla)” sözləri əlavə olunsun;

2. aşağıdakı məzmunda 214.2.3-cü maddə əlavə edilsin:
“214.2.3. müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə - müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 iyun 2010-cu il
No– 1036-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU